"Qarabağ Bizimdir! Qarabağ Azərbaycandır!"
Hörmətli Prezident, cənab Ali Baş Komandan!
Mən Hərbi Dəniz Qüvvələrinin (HDQ) ehtiyyatda olan bir matrosu olaraq torpaqlarımızı işğaldan azad etməyə hər zaman hazıram. Bu gün qəhrəman odumuzun sıralarında olmaq, düşmənə laiqli cavabları verərək, 30 ilə yaxın davam edən məsələlərin sona çatmasında iştirak etməkdən qürur hissi duyaram. 2020-cı il sentyabrın 27-dən etibarən mənfur qonşularımızın bizim ölkəmizə qarşı irəli sürdüyü əsassız torpaq iddiaları nəticəsində bu gün qəhrəman və güclü Azərbaycan ordusu onlara laiqli cavabları verməkdə davam edir. Sizin rəhbərliyiniz altında qüdrətli Azərbaycan ordusu 30 ilə yaxın işğal altında olan torpaqlarımızı düşməndən azad etməkdə davam edir. Hər gün ailəmizlə birlikdə ordumuzun yeni qələbə zəfərlərini eşitmək bizlərə yeni güc, yeni həyat bəxş edir.
Hörmətli Prezident, cənab Ali Baş Komandan!
Qüdrətli Azərbaycan Ordusunun işğaldan azad etdiyi Cəbrayıl şəhəri və kəndləri, Füzuli rayonunun kəndləri, Tərtər rayonunun Talış kəndi, Ağdərə rayonunun Suqovuşan kəndi, Murovdağ yüksəkliyi və strateji əhəmiyyətli digər yüksəklikliklərin azad olunması münasibəti ilə Sizi və Sizin komandanlığınız altında iştirak edən bütün komanda heyətini ürəkdən təbrik edir, Sizlərə yeni-yeni uğurlar arzulayıram. İnşallah növbəti zəfər qələbələrimizi Şuşada, Xankəndidə, Laçında, Ağdamda, Xocalıda, Zəngilanda, Ağdərədə, Xocavənddə, Kəlbəcərdə, Füzulidə qeyd etmək arzusu ilə. Uca Allah Sizləri qorusun.
Qarabağ Bizimdir! Qarabağ Azərbaycandır!
Hörmətlə,
İbrahim Nemanoğlu.
Azərbaycan Respublikası, Zərdab rayonu.