"Qarabağ Azərbaycandır!"
Möhtərəm Prezident,
Sizin Ali Baş Komandan olaraq sentyabrın 27-də əks-hücum əməliyyatına başlanması barədə verdiyiniz qərar xalqımız tərəfindən çoxdan gözlənilən bir qərar idi və buna görə təşəkkürümüzü bildiririk. Ölkənin ali rəhbəri olaraq tarixi şəraitin məhz indi yarandığını qiymətləndirərək bu qərarı vermisiniz.
Mən əminəm ki, biz zəfər çalacağıq. Sizin adınız müasir Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq.
Hörmətli Prezident, dövlət, millət və xalq qarşısında xidməti olanlara fəxri adları, orden və medalları Siz verirsiniz. Apardığınız təmkinli və uzaqgörən siyasətə və bugünkü tarixi zəfərlərə görə Siz özünüz “Xalq Qəhrəmanı” adına layiqsiniz!
Biz həmişə Sizinləyik! Allah Sizi və xalqımızı qorusun!
Qarabağ Azərbaycandır!
Hörmətlə,
Cəfərov Səfər Cəfər oğlu, təqaüdçü.
Azərbaycan Respublikası, Zərdab rayonu, Körpükənd kəndi.