Şriftin ölçüsü :

Saytın rəngi :

"Ordumuzun son günlər qazandığı qələbələr məni bu şeiri yazmağa ruhlandırıb."

12 oktyabr 2020 | 16:00

Hörmətli cənab Prezident.

Ordumuzun son günlər qazandığı qələbələr məni bu şeiri yazmağa ruhlandırıb.

Cənab Ali Baş Komandan

Bu Vətənin dar günündə,

Keçməliyik hər an candan.

Biz əmrinə müntəzirik,

Cənab Ali Baş Komandan!

Torpaq ölümüz, dirimiz,

Torpaq bizim and yerimiz.

Sən əmr elə, hazırıq biz,

Cənab Ali Baş Komandan!

Azğın düşmən can üstədi,

Yalvarıb imdad istəsə,

Başkəsənə vermə aman,

Cənab Ali Baş Komandan!

Qeyrət də sən, qüvvət də sən,

Bu millətə nicat da sən.

Bir kəlmə de, sən istəsən

Arxandadır Azərbaycan,

Cənab Ali Baş Komandan!

Hörmətlə,

Qalib Abbasov.

Azərbaycan Respublikası, Zərdab rayonu, Gəlmə kəndi.

Keçidlər