Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab rayonunda koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə növbəti reydlər keçirilib

16 oktyabr 2020 | 16:00

Koronavirus infeksiyasının (COVİD-19) ölkəmizdə geniş yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin yerlərdə əhaliyə çatdırılması məqsədilə Zərdab Rayon İcra Hakimiyyətində yaradılan Operativ Qərargah tərəfindən reydlərin keçirilməsi davam etdirilir.
Bununla əlaqədar olaraq Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Mərdan Camalzadə tərəfindən İcra Hakimiyyəti Başçısı Aparatının müavin və şöbə müdirlərinin, hüquq mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə rayon ərazisində reyd keçirilib.
Reyd zamanı fiziki şəxslər və vətəndaşlarla profilaktiki söhbətlər aparılıb, onlara Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejimi ilə bağlı müəyyənləşdirdiyi xüsusi qaydalarına ciddi riayət etmələrinin vacibliyi bildirilib.
Əlavə olaraq bildiririk ki, rayon ərazisində xüsusi karantin rejimin tələblərinin icrasına nəzarət məqsədilə 38 mobil qrup yaradılıb. Pandemiya ilə mübarizə çərçivəsində yaradılmış mobil qrupların tərkibinə Rayon İcra Hakimiyyətinin, inzibati ərazi dairələri üzrə nümayəndəliklərin, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilatların nümayəndələri, bələdiyyə üzvləri, YAP rayon təşkilatının fəalları, ictimaiyyət nümayəndələri və könüllülər də daxil edilib. Mobil qruplar tərəfindən rayon ərazisində fəaliyyət göstərən ictimai iaşə, ticarət və xidmət obyektlərində xüsusi karantin rejiminin tələblərinə əməl olunmasına, bankomatlar, ödəniş terminalları, poçt və bank şöbələrinin qarşısında növbəliliyə, sosial məsafənin qorunmasına, tibbi maskanın istifadə edilməsinə nəzarət funksiyalarını həyata keçirməklə, əhali arasında təbliğat və təşviqat işləri aparılır.

Keçidlər