"İnanırıq ki, Qələbə bizim olacaq, üçrəngli Bayrağımız Şuşada, Xankəndidə ucalacaq!"
Hörmətli Prezident, cənab Ali Baş Komandan.
Sizin verdiyiniz bütün düzgün və məqsədyönlü qərarlara bir vətəndaş kimi, mən də qoşuluram. 68 yaşım olmasına baxmayaraq, cəbhə bölgəsinə gedib igid əsgərlərimizlə çiyin-çiyinə vuruşmağa hər an canla-başla hazıram.
Qarabağ əzəli-əbədi Azərbaycan torpağıdır. Torpaqlarımızın azğın düşməndən azad edilməsi uğrunda hər birimiz gözümüzü qırpmadan canımızdan keçməyə hazırıq.
Allah Sizi və komandanlığınız altında vuruşan əsgər və zabitlərimizi qorusun!
Biz Sizinlə, mübariz Ordumuzla fəxr edirik!
İnanırıq ki, Qələbə bizim olacaq, üçrəngli Bayrağımız Şuşada, Xankəndidə ucalacaq!
Yaşasın Azərbaycan xalqı, Yaşasın Azərbaycan dövləti!
Hörmətlə,
Nadir Kərimov
Azərbaycan Respublikası, Zərdab rayonu, Məlikli kəndi.