Zəngilanın bir qəsəbəsi və 13 kəndi işğaldan azad edilib
22 oktyabr 2020 | 16:00
Zəngilanın bir qəsəbəsi və 13 kəndi işğaldan azad edilib - FOTO
Bu barədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev özünün rəsmi tvitter səhifəsində bildirib.
Müzəffər Azərbaycan Ordusu Zəngilanın Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndlərini və Ağbənd qəsəbəsini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!
— İlham Əliyev (@azpresident) October 22, 2020