Şriftin ölçüsü :

Saytın rəngi :

İCRA BAŞÇISI SƏYYAR QƏBUL KEÇİRİB

18 iyul 2013 | 15:00

Bu gün Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev rayonun Gəlmə kəndində yerli sakinlərlə səyyar qəbul keçirib. Qəbulun əvvəlində Rayon İcra Hakimiyyətinin Başçısı əvvəlcə son illər respublikamızda və rayonumuzda görülmüş işlər barədə məlumat verib.

Daha sonra sakinlər respublikamızda və eləcə də rayonumuzda gedən abadlıq, quruculuq, əsaslı yenidənqurma işlərinə görə ölkə Prezidentinə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Kənd sakinləri İsrəfil Fəziyev, İlahə Şirinova, Kərim Hüseynov, Cavad Ələkbərov, Mirzə Abbasov, Şirin Bədəlov və başqaları çıxış edərək kəndə təbii qaz xəttinin çəkilişində yaranmış çətinliyin aradan qaldırılması, kəndin mərkəzi yoluna asfalt örtük vurulması, həyətyanı torpaq sahəsinin suvarılması üçün 150 metr məsafənin qazılması, kənd uşaq bağçası üçün yeni bina tikilməsi, İçməli suya olan tələbatı ödəmək üçün kənddə modul tipli təmizləyici qurğunun tikintisi və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş ediblər. Rayon rəhbərliyi qaldırılan təkliflərin diqqətdən kənarda qalmayacağını vurğulayaraq ayrı-ayrı təkliflərin həlli istiqamətində tapşırıqlarını verib.

Səyyar qəbuldan dərhal sonra əlaqədar nazirlik və komitəyə kənd sakinlərinin təklif etdiyi məsələlər barədə rəsmi müraciətlər edilib.

Keçidlər