"Hər günün açılan səhərləri həyatınıza və həyatımıza Qələbə müjdələri ilə daxil olsun."
Hörmətli cənab Prezident.
Ordumuzun misilsiz qəhrəmanlığı sayəsində düşmən işğalından azad edilmiş torpaqlar haqqında Sizin Azərbaycan xalqına etdiyiniz həyəcan dolu müraciətlərinizin hər kəsdə olduğu kimi biz zərdablılarda da yaratdığı yüksək əhval-ruhiyyəni sözlə ifadə etmək çox çətindir.
Doğrudan da bu 30 ildə mənfur düşmən haqqında yaradılmış mifologiyanı Sizin rəhbərliyiniz altında Azərbaycanın şanlı Ordusu darmadağın etdi. Sizə “eşq olsun” deyirəm. Ali Baş Komandan kimi rəhbərlik etdiyiniz Ordumuzun qəhrəmanlığı haqqında tarixi romanların yaranacağı sözsüzdür. Yaranacaq xalq bayatılarının və dastanların mövzusu xalqımızın 30 illik həsrətinə son qoymuş qəhrəmanlıq salnaməsi olacaqdır. Başladığınız bu müqəddəs işdə Sizə cansağlığı, uzun ömür arzulayıram. Hər günün açılan səhərləri həyatınıza və həyatımıza Qələbə müjdələri ilə daxil olsun.
Bu yerdə ulu öndər Heydər Əliyevin 1990-cı illərdə keçirdiyi bir müşavirədə söylədiyi və təxmini xatırladığım sözlərini yada salmaq yerinə düşərdi: “O insan Azərbaycan xalqının tarixində əbədi qalacaqdır ki, o Azərbaycan dövlətinin ərazi bütövlüyünü təmin edəcək, mənfur düşməni torpaqlarımızdan qovacaqdır”.
Cənab Prezident, Siz elə həmin insansınız ki, bu gün qazandığınız qələbələrlə adınız Azərbaycan tarixinin əbədiyaşar qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılacaqdır.
Allah Sizə yar olsun!
Hörmətlə,
Cavanşir Xəlilov
Azərbaycan Respublikası, Zərdab şəhəri.