"Yaşasın Azərbaycan! Yaşasın şanlı Ordumuz! Yaşasın Prezidentimiz!"
Əziz Prezidentimiz.
Sizi Həsən bəy Zərdabinin yurdundan salamlayır, sonsuz hörmət və məhəbbətimi bildirirəm.
Ulu Öndərimizin başladığı və Sizin də çox bacarıqla davam etdirdiyiniz düzgün siyasət nəticəsində bu günlər xalqımız çox xoşbəxt, sevincli günlər yaşayır. Sizin qətiyyətli və düzgün qərarınızı uşaqdan böyüyə hamı dəstəkləyir.
Xalqın gözü tərəzidir. Xalq Sizi görür, yüksək qiymətləndirir, Sizinlə qürur duyur. Hər çıxışınız böyük coşqu ilə qarşılanır.
Siz bizim qəhrəmanımız, baş tacımızsınız!
İndi xalq və Prezident həmrəyliyi daha qabarıq görünür.
Düzdür, şəhidlərimiz var, dinc sakinlərimiz qətlə yetirilir, neçə illərdir qurub-yaratdığımız şəhərlər, binalar erməni vandalları tərəfindən dağıdılır. Amma bütün bunlar bizi ruhdan sala bilməz.
Xalqımız indi daha vətənpərvər, daha cəsurdur. Biz inanırıq ki, Sizin rəhbərliyiniz və rəşadətli Ordumuzun gücü ilə biz tezliklə tam Qələbəyə nail olacağıq. Azərbaycan ən qüdrətli ölkə, xalqımız ən firavan, xoşbəxt xalq olacaq.
Əziz Prezidentim, inanın ki, ürəyim sözlə doludur. Səmimi və ürəkdən gələn sözlərimi Sizə yazmağı özümə borc bildim.
Mən 30 ildir ki, torpaqlarımızın azad edilməsi üçün namaz qılıb, dualar edirəm. Həmişə bu günlərin gələcəyinə inanmışam.
Mən Qarabağı görməmişəm, amma təsəvvür edirsinizmi, görmədiyim torpaqların həsrətini çəkmişəm. Cənnət Qarabağımızda bizim yox, ermənilərin yaşaması məni hiddətləndirir. Allaha sonsuz şükürlər olsun ki, bu günləri görürük. Mən dua edirəm və inanıram ki, qələbəmiz əbədidir, dönməzdir.
Yaşasın Azərbaycan! Yaşasın şanlı Ordumuz! Yaşasın Prezidentimiz!
Qarabağ bizimdir!
Qarabağ Azərbaycandır!
Hörmətlə,
Xatirə Əliyeva
Azərbaycan Respublikası, Zərdab şəhəri.