"Bizlər ev-eşiyimizi, canımızı Vətənimizə, torpağımıza, ordumuza, Prezidentimizə qurban verməyə hazırıq"
Möhtərəm cənab Prezident,
Mənfur düşmənimiz olan ermənilər dinc əhalini vurmaqla, yaşayış məntəqələrini dağıtmaqla Azərbaycan xalqının qələbə əzmini sarsıtmaq, qırmaq istəyir. Amma onlar anlamır ki, bizlər ev-eşiyimizi, canımızı Vətənimizə, torpağımıza, ordumuza, Prezidentimizə qurban verməyə hazırıq.
Cənab Prezident, Heydər Əliyev Azərbaycan tarixinə Ümummilli lider kimi düşmüşdür. Siz isə bu günün Ümummilli Qəhrəmanısınız. Sizi sevən xalqıımız bir dağ kimi arxanızdadır. Arxası dağ olanın başı göylərə çatar.
Cənab Prezident, Uca Tanrı başladığınız zəfər yürüşünü Qələbə ilə başa çatdırmağı Sizə və sizi dəstəkləyənlərə nəsib etsin. Sizə uzun ömür, cansağlığı, xoşbəxtlik və ailə səadəti diləyirəm. Allah Sizi qorusun!
Hörmətlə,
Əliyeva Nailə Ağasəf qızı.
Azərbaycan Respublikası, Zərdab şəhəri.