Şriftin ölçüsü :

Saytın rəngi :

ZƏRDABDA SƏHİYYƏ İŞÇİLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLDİ

07 avqust 2013 | 15:00

06 avqust 2013-cü il tarixdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayevin Rayon Mərkəzi Xəstəxanasında rayonun tibb işçiləri ilə görüşü keçirilib.
Görüşdə son illər ölkəmizdə, eləcə də rayonumuzda görülən işlər barədə iştirakçılar ətraflı məlumatlandırılıblar. Son dövrdə ölkə Prezidentinin 2 dəfə rayona səfər etməsi, bir sıra obyektlərin, o cümlədən Heydər Əliyev Mərkəzinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının yeni inzibati binasının, su bulağının, Gənclər Mərkəzinin açılışında iştirak etməsi, Heydər Əliyev parkı və Veteranlar evi ilə tanış olması, ictimaiyyət nümayəndələri ilə görüşməsi ölkə Prezidentinə dərin minnətdarlıq hissi ilə xatırlanıbdır.
Görüşdə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Rayon Mərkəzi Xəstəxanasının binasının əsaslı təmiri üçün Respublika Nazirlər Kabineti tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ilkin mərhələdə 1,5 milyon manat vəsaitin ayrılması xəbəri səhiyyə işçiləri tərəfindən böyük sevinclə qarşılanıbdır.
Görüşdə çıxış edən rayonun tibb işçiləri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq ediblər.
 

Keçidlər