Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab rayonunda koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə növbəti reydlər keçirilib

14 noyabr 2020 | 16:00

Koronavirus infeksiyasının (COVİD-19) ölkəmizdə geniş yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin yerlərdə əhaliyə çatdırılması məqsədilə Zərdab Rayon İcra Hakimiyyətində yaradılmış mobil qruplar tərəfindən reydlərin keçirilməsi davam etdirilir.
Mobil qruplar tərəfindən rayon ərazisində fəaliyyət göstərən ictimai iaşə, ticarət və xidmət obyektlərində xüsusi karantin rejiminin tələblərinə əməl olunmasına, bankomatlar, ödəniş terminalları, poçt və bank şöbələrinin qarşısında növbəliliyə, sosial məsafənin qorunmasına, tibbi maskanın istifadə edilməsinə nəzarət funksiyalarını həyata keçirməklə, əhali arasında təbliğat və təşviqat işləri aparılır.
Rayon ərazisində xüsusi karantin rejimin tələblərinin icrasına nəzarət məqsədilə yaradılmış 38 mobil qrupların tərkibinə Rayon İcra Hakimiyyətinin, inzibati ərazi dairələri üzrə nümayəndəliklərin, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilatların nümayəndələri, bələdiyyə üzvləri, YAP rayon təşkilatının fəalları, ictimaiyyət nümayəndələri və könüllülər də daxil edilib.

Keçidlər