Şriftin ölçüsü :

Saytın rəngi :

"Mədəniyyət ocağı, musiqi beşiyi olan Şuşa şəhəri hər bir azərbaycanlı üçün gözəl bir hədiyyə oldu"

13 noyabr 2020 | 16:00

Salam, bizə bu günləri bəxş edən cənab Prezident.

Mən Zərdab şəhəri 1 nömrəli məktəb-liseyin 9-cu sinif şagirdiyəm. Mən Sizi və bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm.

Mədəniyyət ocağı, musiqi beşiyi olan Şuşa şəhəri hər bir azərbaycanlı üçün gözəl bir hədiyyə oldu. Hazırda Asəf Zeynallı adına texnikuma hazırlaşıram. İnşallah bütün Qarabağ işğaldan azad olunar və bu münasibətlə Şuşada - Cıdır düzündə verilən konsertdə mən də tarımla musiqilər çalıb Qarabağı canlandıraram.

Allah Sizi və bütün əsgərlərimizi qorusun!

Qarabağ Azərbaycandır!

Əzizi və sevimli Prezidentimiz, həsr etdiyim şeiri Sizə təqdim etmək istəyirəm.

Ali Baş Komandanım!

Xalqın köməkçisi,

Prezidenti, dilçisi.

Hər kəsin sevimlisi,

Ali Baş Komandanım!

Hər yerdə hörmətin var,

Şanın var, şöhrətin var.

Hər yerdə heyrətin var,

Ali Baş Komandanım!

Sevir Sizi hər bir kəs,

Ermənilərin başını kəs.

Durduramaz Sizi heç kəs,

Ali Baş Komandanım!

Baxırıq Sizə hər yerdən,

Xoş xəbər gözləyirik.

Sizə səslənir hər kəs,

Ali Baş Komandanım!

Hörmətlə,

Həmidov Əli

Azərbaycan Respublikası, Zərdab şəhəri.

Keçidlər