Şriftin ölçüsü :

Saytın rəngi :

KƏND UŞAQ BAĞÇASI İSTİFADƏYƏ VERİLDİ

14 avqust 2013 | 15:00

13 avqust 2013-cü il tarixdə Zərdab rayonunun Böyük Dəkkə kənd körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra balacaların istifadəsinə verilib.

Mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev iştirak edib. Çıxış edən icra başçısı bildirib ki, son illərdə respublikamızda gedən abadlıq, quruculuq və yenidənqurma işləri rayonumuzdan da yan keçməyib. L.Babayev qeyd edib ki, kənd əhalisi ilə rayon rəhbərinin 14 mart 2013-cü il tarixdə keçirilmiş görüşündə sakinlər kəndə təbii qaz xəttinin çəkilişi və kənd uşaq bağçası-körpələr evinin təmiri, mebel və mətbəx əşyaları ilə təminatı təklifləri ilə çıxış etmişlər. Artıq kəndə təbii qaz xətti çəkilib və yaxın günlərdə istifadəyə veriləcəkdir. Kənd uşaq bağçası-körpələr evinin binası isə əsaslı təmir olunmaqla yanaşı, təzə mebel, mətbəx əşyaları və digər zəruri avadanlıqlarla təchiz edilib və bu gün kənd sakinlərinin istifadəsinə verilir.

Çıxış edən kənd sakinləri onlara göstərilən bu diqqət və qayğıya görə ölkə rəhbərinə öz dərin minnətdarlıqlarını bildirmiş, qarşıdan gələn mühüm siyasi kampaniya – prezident seçkilərində xalqın ən layiqli namizədinə - İlham Heydər oğlu Əliyevə səs verəcəklərini bəyan etmişlər.

Sonda tikintidə çalışanlara və bu il bağçadan məktəbə gedən uşaqlara hədiyyələr verilmişdir.
 

Keçidlər