2020-ci ilin 9 ayında sənaye istehsalı 14,3 % artıb
Zərdab rayon sənayesində bu ilin doqquz ayında keçən ilin müvafiq dövrü ilə müqayisədə məhsul istehsalı və xidmətlərin göstərilməsi 14,3 faiz artaraq 5637,8 min manat olmuşdur. Dövr ərzində sənaye məhsulunun 32,4 faizi emal sektorunda istehsal olunmuş, göstərilmiş xidmətlərin həcmi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 59,8 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 7,8 faiz təşkil etmişdir.
2020-ci ilin yanvar-sentyabr aylarında keçən ilin müvafiq dövri ilə müqayisədə emal sektorunda istehsalın həcmi 30,7 faiz artmışdır. Emal sektorunda qida məhsulların istehsalı 76,2 faiz, tikinti materialların istehsalı 1,3 faiz, hazır metal məmulatların istehsalı 21,9 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri 0,6 faiz təşkil etmişdir. Hesabat dövründə keçən ilin müvafiq dövri ilə müqayisədə göstərilmiş xidmətlərin həcmi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 5,9 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 24,8 faiz artmışdır.
Zərdab rayon Statistika idarəsi