Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda heyvandarlıq inkişaf yolundadır

24 noyabr 2020 | 16:00

Rayоn üzrə iqtisadiyyatın bütün sahələrində olduğu kimi kənd təsərrüfatı sahəsinin də  davamlı inkişafı təmin оlunmuşdur. Rayonda heyvandarlıq sahəsinə maraq durmadan artır. Hazırda əhalinin heyvandarlıq məhsullarına olan tələbatını daxili istehsal hesabına ödəmək məqsədi ilə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Rayonda əvvəlki illərə nisbətən heyvandarlığın inkişaf səviyyəsi xeyli artıb. Bu səbəbdən bütün heyvandarlıq məhsullarının, o cümlədən ət, süd, yumurta, yun istehsalının həcmi də ötən dövrlərlə müqayisədə çox olub.  Hazırda rayonda (01 oktyabr 2020-ci il vəziyyətinə) 54785 baş iri buynuzlu, 114402 baş xırda buynuzlu heyvan var. 01 oktyabr  2020-ci il tarixə ət istehsalı 33582,0 sentner, süd istehsalı 177743,0 sentner, yumurta istehsalı 6214,0 min ədəd, yun istehsalı 2092,0 senter olub. Ötən ilin müvafiq dövrünə nisbətən ət istehsalı 13 sentner, süd istehsalı 105 sentner, yumurta istehsalı  1 min ədəd, yun istehsalı 15 sentner  artmışdır.
Cins maldarlığın inkişaf etdirilməsi istiqamətində rayonda mühüm tədbirlər həyata keçirilir. Mal-qaranın cins tərkibini yaxşılaşdırmaq məqsədilə rayonda süni mayalama məntəqələri yaradılmışdır. 2020-ci ilin yanvar-sentyabr aylarında 2546 baş inək və düyələrdə süni mayalanma aparılmış, 1745 baş sağlam bala alınmışdır ki, bunun da maldarlığın inkişafına böyük təsiri olmuşdur.

Zərdab Rayon Statistika İdarəsi

Keçidlər