Şriftin ölçüsü :

Saytın rəngi :

2020-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət dövriyyəsi

24 noyabr 2020 | 16:00

2020-cii ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri real ifadədə 49970,0 min manat olmuşdur. Ticarət dövriyyəsinin 30770,7 min manatını (61,6%) ərzaq məhsulları, içkilər və tütün məmulatları, 19199,3 min manatını (38,4%) qeyri-ərzaq məhsulları təşkil etmişdir.
Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 61,6 faizi ərzaq məhsullarının, içkilər və tütün məmulatlarının, 38,4 faizi geyimlər və ayaqqabıların, elektrik mallarının, avtomobil yanacağının, əczaçılıq və tibbi malların, mebellərin, telekommunikasiya avadanlıqlarının və digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur. 2020-ci ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının 9,5 faizi hüquqi şəxs statuslu müəssisələr, 90,5 faizi fiziki şəxslər tərəfindən satılmışdır. Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 93,27 manat  olmuşdur.

Zərdab Rayon Statistika İdarəsi

Keçidlər