Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab rayonunda demoqrafik vəziyyət

24 noyabr 2020 | 16:00

Zərdab rayonunun ərazisi 0,86 min kv.km olmaqla əhalinin sıxlığı (1 kv.km düşən əhali) 69 nəfərdir. Zərdab rayonunda  01 oktyabr 2020-ci il vəziyyətinə 42 yaşayış məntəqəsi olmaqla 1 şəhər, 1 qəsəbə, 40 kənd yaşayış məntəqəsi mövcuddur.  İlkin hesablamalara görə 2020-ci ilin 9 ayı ərzində Zərdab rayonun əhalisinin sayı 188 nəfər və ya 0,3 faiz artaraq 59527 nəfərə çatmışdır. Əhalinin 20,1 faizi şəhər, 79,9 faizi isə kənd yerlərində yaşayır.
2020-ci ilin yanvar-sentyabr ayları ərzində ilkin hesablamalara görə rayonda 372, hər gün orta hesabla 1-2 körpə doğulmuşdur ki, onların da 14,5 faizi şəhər və qəsəbələrdə, 85,5 faizi isə kənd yerlərində qeydə alınmışdır. Keçən ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə doğulanların sayı 13,6-dan 8,1-ə qədər azalmışdır.
Hesabat dövründə  Zərdab rayonunda 229 ölüm halı qeydə alınmışdır. Rayonda 1 yaşa qədər ölüm halı qeydə  alınmamışdır.  Ölənlərin ümumi sayından 1-4 yaşda - 2, 5-9 yaşda 1, 15-19 yaşda 1, 30-34 yaşda - 2, 35-39 yaşda – 2, 40-44 yaşda - 4,  45-49  yaşda - 4, 50-54 yaşda - 11, 55-59 yaşda - 22, 60-64 yaşda - 14, 65-69 yaşda - 23, 70-74 yaşda - 18, 75-79 yaşda - 27, 80-84 yaşda - 55, 85 yaşdan yuxarı - 43 nəfər ölüm halları qeydə alınmışdır. Keçən ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı 5,3-dən 5,0-a qədər azalmışdır. Rayon üzrə təbii artım 143 nəfər olmuşdur.                                                                                                                                                                         
       Cari ilin doqquz ayıında ilkin hesablamalara görə Ədliyyə Nazirliyinin Zərdab rayon qeydiyyat şöbəsi tərəfindən təqdim olunan hesabata əsasən  Zərdab rayonu üzrə  124 nigah və 45 boşanma halı qeydə alınmışdır. Əhalinin hər 1000 nəfərinə nigahların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,9-dan 2,7-yə qədər düşmüşdür.  Əhalinin hər 1000 nəfərinə boşanmaların sayı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3-dən 1,0-a qədər azalmışdır.
       2020-ci ilin yanvar-sentyabr ayları ərzində Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən təqdim olunan hesabata əsasən rayona daimi yaşamaq üçün gələnlərin sayı 59 nəfər, rayondan isə 14 nəfər gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət  45 nəfər  təşkil etmişdir.

Zərdab Rayon Statistika İdarəsi

Keçidlər