Əhaliyə göstərilən ödənişli xidmətlər haqqında
2020-ci ilin yanvar-sentyabr aylarında Zərdab rayonu üzrə əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi həcmi 8366,0 min manat olmuşdur. Xidmətlərin 37,8 faizi hüquqi şəxslər, 62,2 faizi isə fiziki şəxslər tərəfindən yerinə yetirilmişdir.
Əhaliyə göstərilən ödənişli xidmətlərdən ümumi həcmdə məişət xidməti 1132,0 min manat, iaşə dövriyyəsinin həcmi 699,0 min manat olmuşdur.
Əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi həcmindən hüquqi şəxslər tərəfindən göstərilən xidmətlər 3165,6 min manat (99,1 faiz dövlət mülkiyyəti, 0,9 faiz qeyri dövlət mülkiyyəti) olmuşdur. Hüquqi şəxslər tərəfindən göstərilən xidmətlərin 3126,7 min manatı iri müəssisələrin, 38,9 min manatı isə kiçik müəssisələrin payına düşür.
Zərdab Rayon Statistika İdarəsi