Alıcanlı və Çallı kəndlərində ipəkqurdunun saxlanılması vəziyyətinə baxış keçirilib
23 may 2024 | 18:25
Rayon İcra Hakimiyyətinin başçısı və Aparatın digər vəzifəli şəxsləri tərəfindən 2024-cü ilin məhsulu üçün kümçülərə paylanılmış ipəkqurdunun saxlanılması şəraiti ilə tanışlıq davam etdirilir. Növbəti dəfə rayonun Alıcanlı və Çallı kəndlərində kümxanalara baxış keçirilmiş, kümçülərə lazımi tövsiyə və tapşırıqlar verilmişdir.