Şriftin ölçüsü :

Saytın rəngi :

"Anım günü” ilə əlaqədar keçirilən silsilə tədbirlər davam etdirilir

26 sentyabr 2023 | 17:47

Zərdab Rayon İcra Hakimiyyətinin 27 sentyabr - “Anım günü” ilə əlaqədar tədbirlər planına uyğun olaraq ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş zərdablıların məzarları ziyarət olunur, ailələri ilə görüşlər keçirilir. 26 sentyabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı, YAP Zərdab rayon təşkilatının sədri, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri,  din xadimləri, ictimaiyyət nümayəndələri tərəfindən Körpükənd kənd qəbiristanlığında dəfn olunmuş şəhidlərin məzarları ziyarət olunmuş, şəhidlərin ruhuna dualar oxunmuşdur. Şəhidlərin ailə üzvləri onlara göstərilən dəstəyə, maddi və mənəvi köməkliklərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirmişlər. 

Keçidlər