"Anım günü” ilə əlaqədar silsilə tədbirlər davam edir
Zərdab Rayon İcra Hakimiyyətinin 27 sentyabr - “Anım günü” ilə əlaqədar tədbirlər planına uyğun olaraq 26 sentyabr 2024-cü il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, millət vəkili Jalə Əliyeva, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, din xadimləri, ictimaiyyət nümayəndələri tərəfindən ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş zərdablıların məzarları ziyarət olunmuş, ailələri ilə görüşlər keçirilmişdir. Şəhidlərin ailə üzvləri onlara göstərilən dəstəyə, maddi və mənəvi köməkliklərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirmişlər. 27 sentyabr - “Anım günü” ilə əlaqədar keçirilən tədbirlər davam etdirilir.