“Anım günü” ilə əlaqədar silsilə tədbirlər davam etdirilir
Xəbər verdiyimiz kimi Zərdab Rayon İcra Hakimiyyətinin 27 sentyabr - “Anım günü” ilə əlaqədar tədbirlər planına uyğun olaraq 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda böyük rəşadət nümunəsi göstərən Zərdab rayonundan olan şəhidlərimizin ailələri ziyarət edilir. Tədbirlərin davamı olaraq 25 sentyabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı, YAP Zərdab rayon təşkilatının sədri, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, din xadimləri tərəfindən Hüseynxanlı kənd sakini, şəhid Abbasov Ağaqardaş İlham oğlunun və Zərdab şəhər sakini, şəhid Məmmədzadə Anar Nazim oğlunun ailələri ziyarət olunmuş, şəhidlərin ruhuna dualar oxunmuşdur. Şəhidlərin ailə üzvləri onlara göstərilən dəstəyə, maddi və mənəvi köməkliklərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirmişlər. Ailələrə ərzaq sovqatları təqdim edilmişdir. Bu istiqamətdə tədbirlər davam etdirilir.