Aprel döyüşlərinin şəhidi, Böyük Dəkkə kənd sakini Nurlan Abdullazadənin doğum günü qeyd edilib
14 fevral 2025 | 16:08
Zərdab rayonunun Böyük Dəkkə kənd sakini, 2016-cı ilin aprel döyüşlərində şəhidlik zirvəsinə ucalmış Abdullazadə Nurlan Rasim oğlunun doğum günü qeyd olunub. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xəyalə Veyisova, YAP Zərdab rayon təşkilatının, İHB Aparatının məsul şəxsləri, İsaqbağı kənd İƏD üzrə nümayəndəliyin, ərazidə fəaliyyət göstərən idarə və müəssisələrin əmək kollektivlərinin üzvləri, şəhid ailələri, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Nurlan Abdullazadənin və kənd qəbiristanlığında dəfn olunmuş digər şəhidlərin məzarları ziyarət olunub. Şəhidin ailəsi ilə görüş keçirilib.