Şriftin ölçüsü :

Saytın rəngi :

“ASAN Müraciət” informasiya sistemi (AMİS) Zərdab rayonunda

31 yanvar 2023 | 18:12
“ASAN Müraciət” informasiya sistemi (AMİS) nədir?
AMİS ictimai xarakter daşıyan kommunal, yol və nəqliyyat problemləri, infrastrukturun cari təmiri, abadlaşdırılması və təmizliyi üzrə nəzarətin həyata keçirilməsi məqsədi ilə müvafiq sahə ilə bağlı şikayətlərin elektron xəritə üzərində qeyd edilməklə operativ surətdə aidiyyəti dövlət qurumlarına göndərilməsini, həmin şikayətlərə baxılması ilə bağlı icraatın və baxılmanın nəticələrinin sistem üzərindən izlənilməsini təmin edir.
Layihənin məqsədi
AMİS-in məqsədi problemlərin və çatışmazlıqların ictimaiyyətin daha geniş və fəal iştirakı ilə müəyyən edilməsi və aradan qaldırılmasının operativ qaydada həyata keçirilməsidir.
Layihənin fəaliyyət prinsipləri İlkin mərhələdə pilot layihə olaraq Sumqayıt şəhərində tətbiq edilən AMİS-in fəaliyyəti aşağıdakı prinsiplər əsasında həyata keçirilir:
• istifadə rahatlığı – məlumat mübadiləsinin, eləcə də istifadəçilərin AMİS-dən istifadəsinin rahat və əlavə əməliyyatlar aparılmadan təmin edilməsi;
• sərbəstlik və fasiləsizlik – AMİS-in fəaliyyətinin fasiləsiz həyata keçirilməsi;
• funksionallıq və davamlı inkişaf –ən son texnologiyalardan istifadə edilməklə AMİS-in daim təkmilləşdirilməsi;
• operativlik – məlumat mübadiləsinin və AMİS-in funksiyalarının ən qısa müddətdə həyata keçirilməsi;
• şəffaflıq – AMİS-in fəaliyyətində aşkarlığın və hesabatlılığın təmin edilməsi.
AMİS-dən istifadə
AMİS-dən istifadə sistemin mobil tətbiqi üzərindən həyata keçirilir. İstifadəçi AMİS-dən qeyd edilən mobil tətbiqi mobil cihazına yükləyərək “ASAN Login” Vahid Giriş Sistemi vasitəsilə qeydiyyatdan keçir. “ASAN müraciət” mobil tətbiqində qeydiyyat zamanı mobil nömrə istifadəçinin öz adına deyilsə, şəxsiyyətin identikləşdirilməsi video qeydiyyat vasitəsilə aparılır. Qeydiyyat tamamlandıqdan sonra istifadəçi FİN və parolu daxil edərək sistemə giriş edə bilir.
İstifadəçi sistemə giriş etdikdən sonra AMİS tərəfindən avtomatik qaydada formalaşdırılan elektron kabinetində müraciətini elektron xəritə üzərində qeyd etməklə operativ surətdə göndərə və baxılmanın nəticəsini izləyə bilər.
Müraciətin göndərilməsi üçün istifadəçi tərəfindən problemin və çatışmazlığın foto və ya video görüntüsü, habelə müraciətin mətni və ya səsli mesajı elektron kabinetə daxil edilir, onun müşahidə (aşkar) edildiyi yer elektron xəritə üzərində qeyd edilərək “Göndər” düyməsi sıxılır.
Müraciətin göndərilməsi zamanı konkret ünvan üzrə digər istifadəçilər tərəfindən göndərilən müraciətlər istifadəçinin elektron kabinetində əks olunur. Həmin müraciətlərdə qeyd edilən məsələlər istifadəçinin müraciəti ilə eyni və ya oxşar olduğu halda istifadəçi sözügedən müraciətlərə qoşula və əlavələr edə bilər.
Keçidlər