Səyyar xidmət avtobusu 02.03.2026-cı il tarixindən 18.03.2026-cı il tarixinədək Zərdab və ətraf rayon sakinlərinə xidmət göstərəcəkdir. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və İqtisadiyyat Nazirliyi yaninda Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunur.

Tibb xidməti

Bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu)

Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi

Mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi

Yaşayış evləri (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi

Əmək pensiyalarının təyin edilməsi

Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi

Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi

Sürücülük vəsiqələrinin dəyişdirilməsi

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı

Notariat fəaliyyəti

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin hər kəs üçün daha rahat, innovativ üsullarla və əlçatan şəkildə təqdim edilməsidir. Bu xidmət vətəndaş məmnunluğunu təmin etməklə yanaşı, dövlət xidmətlərinin daha geniş kütləyə sürətli və bərabər şəkildə çatdırılmasına imkan yaradır.

Ünvan: Zərdab rayonu, 20 Yanvar küçəsi (Mərkəzi Aran Regional Məşğulluq filialının Zərdab rayon şöbəsinin qarşısı)