Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Milli Mətbuatın 150 illik yubileyi münasibətilə tədbir keçirilib

22 iyul 2025 | 14:15

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Milli Mətbuatın 150 illik yubileyi münasibətilə “Zərdabidən gələcəyə maarifçilik işığı” adlı tədbir keçirilib. Tədbir iştirakçıları ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Həsən Bəy Zərdabinin  abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyaraq xatirələrini ehtiramla yad ediblər.

Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, YAP Zərdab rayon təşkilatının sədr müavini, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü, müstəqilliyimiz, suverenliyimiz uğrunda canlarından keçərək ən uca zirvə olan şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Zərdab Rayon İcra Hakimiyyəti başçısının müavini Xəyalə Veyisova çıxış edərək Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadənin adından mətbuat işçilərini təbrik edib, onlara peşə fəaliyyətlərində uğurlar arzulayıb. 150 illiyini qeyd etdiyimiz Azərbaycan milli mətbuatının böyük və şərəfli inkişaf yolu keçdiyini, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı olduğunu bildirib. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik strategiyası bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və medianın inkişafı da bu siyasətin mühüm tərkib hissəsidir.

“Əkinçi” qəzetinin redaktoru İsaməddin Əhmədov, Zərdabi muzeyinin direktoru Vəfa Bayramova çıxış edərək milli mətbuatımızın zəngin və şərəfli yoluna nəzər salıb, Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra mətbuat sahəsində qazanılan uğurlardan danışıblar.

Milli Mətbuat Günü münasibətilə Rayon İcra Hakimiyyəti tərəfindən “Əkinçi” qəzetinin redaktoruna mükafat təqdim olunub.

Daha sonra Milli Mətbuat Gününə həsr olunmuş “Zərdabidən gələcəyə maarifçilik işığı” adlı video çarx nümayiş etdirilib.

Keçidlər