Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq özbaşına tikinti işlərinin qarşısının alınması respublikanın hər yerində olduğu kimi Zərdab rayonunda da nəzarət altında saxlanılır
Zərdab Rayon İcra Hakimiyyəti, FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Zərdab rayonunun Qoruqbağı kənd sakini Bəkirov Taleh Ağəli oğluna mülkiyyət, icarə və istifadə hüququ olmadan qanunsuz hasarladığı bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində heç bir icazə sənədləri olmadan inşa etdiyi qeyri-yaşayış obyektinin sökülərək torpaq sahəsinin boşaldılması və əvvəlki vəziyyətinə qaytarılması barədə xəbərdarlıq edilmişdir. Vətəndaş xəbərdarlığa heç bir məhəl qoymamış, zəbt etmə və qanunsuz hasarlama işlərini davam etdirmişdir. FHN TTNDA-nin qeyri-yaşayış obyektinin sökülməsi barədə 0026 nömrəli, 23 may 2025-ci il tarixli Qərarına uyğun olaraq Zərdab RİH, FHN TTNDA, ƏMDX-nin əməkdaşlarının birgə iştirakı ilə qanunsuz tikintinin qarşısı alınmış və sökülmüşdür.