Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”nın həyata keçirilməsi üzrə tədbirlər planına uyğun olaraq hazırlanmış rəqəmsallaşma üzrə yol xəritəsinin icrası ilə bağlı görüş keçirilib

30 sentyabr 2026 | 11:37

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”nın həyata keçirilməsi üzrə tədbirlər planının 8.1.13-cü maddəsinin icrasını təmin etmək məqsədilə hazırlanmış rəqəmsallaşma üzrə yol xəritəsinin 2.1-ci alt tədbirinin (Vətəndaşların mygov tətbiqini yükləmələrinə və qeydiyyatdan keçmələrinə dəstək göstərilməsi) və 5.1-ci alt tədbirinin (mygov üzərindən təqdim olunan xidmətlərdən istifadənin təşviq edilməsi) icrası ilə bağlı Zərdab Rayon İcra Hakimiyyəti başçısının İƏD üzrə nümayəndəliklərinin əməkdaşları ilə görüş keçirilmişdir. Görüş iştirakçılarına metodiki köməkliklər göstərilmiş, əhalinin maarifləndirilməsi məqsədilə mərkəzləşdirilmiş qaydada hazırlanmış təşviqat materialları ərazilərdə müəyyən edilmiş yayım məntəqələrində yerləşdirilməsi üçün onlara təqdim edilmişdir.

Görüşdə həmçinin "2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 31 iyul tarixli 248 nömrəli Qərarının icrası ilə əlaqədar hazırlıq işləri və bu sahədə qarşıda duran vəzifələr müzakirə edilmişdir.

Görüş iştirakçılarını maraqlandırlan suallar cavablandırılmışdır.

Keçidlər