“Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”nın həyata keçirilməsi üzrə tədbirlər planına uyğun olaraq hazırlanmış rəqəmsallaşma üzrə yol xəritəsinin icrası ilə bağlı maarifləndirmə tədbiri keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın həyata keçirilməsi üzrə tədbirlər planının 8.1.13-cü maddəsinin icrası məqsədilə hazırlanmış rəqəmsallaşma üzrə Yol Xəritəsinin 2.2-ci alt tədbirinə uyğun olaraq Zərdab Rayon İcra Hakimiyyəti tərəfindən Zərdab şəhər 1 nömrəli məktəb-liseyin iclas zalında təhsil işçilərinin və gənclərin iştirakı ilə maarifləndirmə tədbiri və müzakirə təşkil olunub.
Tədbirdə rayon üzrə Fəaliyyət Planı çərçivəsində həyata keçirilmiş işlər, eləcə də ölkəmizdə rəqəmsal inkişaf sahəsində əldə olunan nəticələr barədə iştirakçılara ətraflı məlumat verilib.
Həmçinin Zərdab Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış maarifləndirici bukletlər iştirakçılara paylanılıb, “mygov” platformasının imkanları canlı şəkildə nümayiş etdirilib. İştirakçıların platformada yerində qeydiyyatdan keçmələrinə köməklik göstərilib, rəqəmsal xidmətlərdən istifadə qaydaları ilə bağlı onları maraqlandıran suallar cavablandırılıb.






