Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin doğum günü ilə bağlı ümumrayon tədbiri keçirilib

10 may 2025 | 12:03

10 may 2025-ci il tarixdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü və Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda ümumrayon tədbiri keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, Milli Məclisin deputatı Jalə Əliyeva, YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev, hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların rəhbərləri, əmək kollektivlərinin üzvləri, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları öncə Ümummilli Liderin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər. Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri tərəfindən rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının tarixini yaradıb. Yaratdığı ən böyük əsərin adı isə "Müasir Azərbaycan" idi. Ümummilli Lider Heydər Əliyevin bütün həyatı böyük məktəbdir. Ulu Öndər öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində müasir dövlətin qurulmasına və xalqının müstəqillik arzusunun reallaşmasına nail olub. Məhz Heydər Əliyevin yorulmaz əməyi sayəsində Azərbaycan dünya ölkələrinin strateji tərəfdaşına çevrilib və dünyanın dinamik inkişaf edən ölkələri sırasına daxil olub. Bugünkü reallıqlar bir daha sübut edir ki, əldə edilən uğurlar məhz Heydər Əliyevin Azərbaycanın hərtərəfli inkişafı və tərəqqisi yolunda misilsiz xidmətlərinin nəticəsidir.

Qeyd olunub ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ümummilli liderin siyasi kursunu uğurla davam etdirir. Ulu Öndər Heydər Əliyev siyasətinin müvəffəqiyyətlə həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, beynəlxalq aləmdə Azərbaycanın rolunu və nüfuzunu artırır. Dövlətimizin qətiyyəti, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi sayəsində Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir oldu.

Daha sonra Milli Məclisin deputatı Jalə Əliyeva çıxış edərək qeyd edib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarıb, ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurub. Azərbaycan xalqı yeni əsrə, yeni minilliyə məhz Ulu Öndər Heydər Əliyev zəkasının işığında qədəm qoyub.

Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş “Əbədiyaşar şəxsiyyət” adlı videoçarx nümayiş olunub.

Keçidlər