Şriftin ölçüsü :

Saytın rəngi :

“Aztelekom” MMC Aran Regional Filialının Zərdab rayon şöbəsində “İdeoloji Maarifləndirmə Konsepsiyası” ilə bağlı növbəti görüş keçirilib

24 sentyabr 2026 | 16:53

Tədbirdə “Aztelekom” MMC Aran Regional Filialının Zərdab rayon şöbəsinin əmək kollektivi iştirak etmişdir. Görüşdə “Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə rəqəmsal inkişaf və müasir telekommunikasiya infrastrukturunun formalaşdırılması istiqamətində həyata keçirilən dövlət siyasəti”, “Müasir rabitə və internet xidmətlərinin inkişafı, əhalinin keyfiyyətli və dayanıqlı telekommunikasiya xidmətləri ilə təmin olunması”, “Rəqəmsal transformasiya prosesində əmək kollektivlərinin vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsində rolu” mövzularında çıxışlar edilmişdir.

Çıxışlarda ölkədə informasiya-kommunikasiya texnologiyalarının inkişafı, müasir telekommunikasiya infrastrukturunun genişləndirilməsi, əhalinin keyfiyyətli və dayanıqlı internet və rabitə xidmətləri ilə təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilmişdir. Həmçinin rəqəmsal texnologiyaların cəmiyyətin həyatında artan rolu, elektron xidmətlərdən istifadənin genişləndirilməsi və vətəndaş məmnuniyyətinin təmin edilməsinin əhəmiyyəti vurğulanmışdır.

Keçidlər