“Aztelekom” MMC Aran Regional Filialının Zərdab şöbəsində “İdeoloji Maarifləndirmə Konsepsiyası” ilə bağlı növbəti görüş keçirilib
21 may 2026 | 18:05
Tədbirdə “Aztelekom” MMC Aran Regional Filialının Zərdab şöbəsinin əmək kollektivi iştirak etmişdir. Görüşdə “Azərbaycanda telekommunikasiya sektorunun inkişaf perspektivləri”, “Rəqəmsal xidmətlərin genişləndirilməsində Aztelekomun rolu” mövzularında çıxışlar edilmişdir. Eyni zamanda ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının inkişafı istiqamətində həyata keçirilən layihələrdən, internet və rabitə xidmətlərinin keyfiyyətinin artırılması sahəsində görülən işlərdən bəhs olunmuş, əməkdaşların peşəkar bilik və bacarıqlarının artırılmasının əhəmiyyəti vurğulanmış və mövzu ətrafında müzakirələr aparılmışdır.






