Bərdə Səyyar ASAN xidmət avtobusu 01-27 may 2025-ci il tarixlərində Zərdabda vətəndaşlara səyyar formada xidmət göstərəcək
01 may 2025 | 15:23
Bərdə Səyyar ASAN xidmət avtobusu
Səyyar Xidmət Məntəqəsi: Zərdab rayonu, 20 Yanvar küçəsi (Mədəniyyət mərkəzinin qarşısı)
Məntəqədə Olma Müddəti: 01.05.2025 - 27.05.2025, 27-gün
Göstərilən xidmətlər- Tibb xidməti
- Bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu)
- Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi
- Mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi
- Yaşayış evləri (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi
- Əmək pensiyalarının təyin edilməsi
- Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi
- Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi
- Sürücülük vəsiqələrinin dəyişdirilməsi
- Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı
- Notariat fəaliyyəti