Şriftin ölçüsü :

Saytın rəngi :

Bəyimli qəsəbə tam orta ümumtəhsil məktəbində valideyn və yuxarı sinif şagirdləri ilə görüş keçirilib

09 aprel 2026 | 18:28

09 aprel 2026-cı il tarixdə Bəyimli qəsəbə tam orta ümumtəhsil məktəbində Rayon İcra Hakimiyyətinin, Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə “Cəmiyyətdə baş verən mənfi hadisələrdən övladlarımızı qoruyaq” mövzusunda  valideynlərlə görüş keçirilib.

Tədbirdə gənclərimizin həyatını məhv edən narkotik vasitələr, psixotrop maddələr, erkən nikah problemləri, çağdaş dünyamızda gedən proseslər, qloballaşma, texnologiyanın inkişafı, xalqların inteqrasiyası, internet və virtuallaşma kimi yeni düşüncə-informasiya modellərinin zərbələri səbəbindən milli-mənəvi dəyərlərin aşınmasından danışılıb. Həmçinin çıxış edənlər müxtəlif sosial platformalarda qazanc əldə etmək məqsədilə ədəb normalarına uyğun olmayan söhbətlər, qeyri-etik davranışlar və görüntülər yayanların, dəyərlərimizə ziyan  vurmasından, bəzi təsir altına düşən övladlarımızın bu görüntüləri təbliğ etməyə çalışmasından və bu problemlərlə mübarizədə valideynlərin üzərlərinə düşən öhdəliklərdən söhbət açıblar.

Keçidlər