“Beynəlxalq Ailə Günü” münasibəti ilə Məmişovlar ailəsində görüş keçirilmişdir
14 may 2024-cü il tarixdə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, ailədə sülh və dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin təbliği məqsədilə Dəkkəoba kəndində Məmişovlar ailəsində görüş keçirilmişdir. Görüşdə Uşaq və Ailələrə Dəstək Mərkəzinin və Dəkkəoba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, ailə üzvləri, gənc ailələr iştirak etmişdir. Görüş zamanı nümunəvi ailənin formalaşmasında qarşılıqlı hörmət, səbr və mehribançılığın əsas meyar olduğu yaşlı nəslin nümayəndələri tərəfindən gənc ailələrə tövsiyə olunmuşdur.
1935-ci il təvəllüdlü Məmişov Maşadı və 1937-ci il təvəllüdlü Məmişova Tamam 1958-ci ildə ailə həyatı qurmuşlar. 5 qız, 4 oğlan olmaqla 9 övlad sahibi olan ailənin hazırda 20 nəvəsi, 22 nəticəsi vardır.