Şriftin ölçüsü :

Saytın rəngi :

Birinci Alıcanlı kənd tam orta ümumtəhsil məktəbində məktəblilərlə görüş keçirilib

03 oktyabr 2025 | 17:17

03.10.2025-ci il tarixdə Zərdab Rayon İcra Hakimiyyətinin, Polis şöbəsinin təşkilatçılığı ilə Uşaq və Aiələrə Dəstək Mərkəzinin, Rayon Gənclər və İdman sektorunun iştirakı ilə Birinci Alıcanlı kənd tam orta ümumtəhsil məktəbində müəllim, şagird və valideynlərin iştirakı ilə “Narkomaniya qarşı mübarizə”, “Erkən nikaha son” və “Uşaqlara qarşı zorakılıq yolverilməzdir”  mövzularında məktəblilərlə görüş keçirilib. Çıxış edənlər ölkəmizdə narkomaniyaya qarşı mübarizə sahəsində atılan addımlardan, son vaxtlar məhz məktəblilərin və gənclərin hədəf olaraq seçilmələrindən, erkən nikah və qohumlar arasında nikahın  insan üçün psixoloji və bioloji zərərləri, uşaqların və gənclərin bu cür neqativ hallardan qorunmasının vacibliyindən bəhs ediblər. Həmçinin şagirdləri problemlərin öhdəsindən gələ bilən və həll yolları tapa bilən, məsuliyyətli, özünə güvənən, müstəqil bir fərd olaraq yetişdirmək üçün valideyn və məktəb pedoqoji kollektivinin üzərinə düşən vəzifələrdən danışılıb, təhsilin gələcəyimiz üçün önəmli olduğu qeyd olunub. Tədbirdə qeyd olunan mövzulara dair müzakirələr aparılıb, videoçarx nümayiş etdirilib.

Keçidlər