Şriftin ölçüsü :

Saytın rəngi :

Cari ilin yanvar-iyun aylarında Zərdab rayonunda demoqrafik vəziyyət

30 iyul 2024 | 11:14

Zərdab rayonunun ərazisi 0,86 min kv.km olmaqla 1 kvadrat kilometrə düşən əhalinin sayı  69 nəfər olmuşdur. Zərdab rayonunda  01 iyul 2024-cü il vəziyyətinə 42 yaşayış məntəqəsi olmaqla 1 şəhər, 1 qəsəbə, 40 kənd yaşayış məntəqəsi mövcuddur.  İlkin hesablamalara görə 2024-cü ilin yanvar-iyun ayları ərzində Zərdab rayonun əhalisinin sayı 16 nəfər və ya 0,03 faiz artaraq 59444 nəfərə çatmışdır. Əhalinin 20,2 faizi şəhər, 79,8 faizi isə kənd yerlərində yaşayır.

2024-cü ilin yanvar-iyun ayları ərzində ilkin hesablamalara görə rayonda 149, hər gün orta hesabla 1 körpə doğulmuşdur ki, onların da 20,1 faizi şəhər və qəsəbələrdə, 79,9 faizi isə kənd yerlərində qeydə alınmışdır. Keçən ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə doğulanların sayı 10,4-dən 5,0-a qədər azalmışdır.

Hesabat dövründə ilkin hesablamalara görə Zərdab rayonunda 145 ölüm halı qeydə alınmışdır. 1 yaşa qədər ölüm halı 3 nəfər olmuşdur . Ölənlərin ümumi sayından 10-14 yaşda 1, 15-19 yaşda 1, 30-34 yaşda 2, 35-39 yaşda 4, 40-44 yaşda 5, 45-49  yaşda 1, 50-54 yaşda 5, 55-59 yaşda 6, 60-64 yaşda 17, 65-69 yaşda 19, 70-74 yaşda 16, 75-79 yaşda 12, 80-84 yaşda 20, 85 yaşdan yuxarı 33  nəfər ölüm halları qeydə alınmışdır. Keçən ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı 6,2-dən 4,9-a qədər azalmışdır.

2024-cü ilin yanvar-iyun ayları ərzində ilkin hesablamalara görə Ədliyyə Nazirliyinin müvafiq qurumu tərəfindən təqdim olunan hesabata əsasən  Zərdab rayonu üzrə  49 nikah və 24 boşanma halı qeydə alınmışdır. Əhalinin hər 1000 nəfərinə nikahların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,8-dən 1,7-yə qədər düşmüşdür.  Əhalinin hər 1000 nəfərinə boşanmaların sayı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3-dən 0,8-ə qədər azalmışdır .

2024-cü ilin yanvar-iyun ayları ərzində Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən təqdim olunan hesabata əsasən rayona daimi yaşamaq üçün gələnlərin sayı 18 nəfər, rayondan isə 6 nəfər gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 12 nəfər  təşkil etmişdir.

Zərdab Rayon Statistika İdarəsi

Keçidlər