Şriftin ölçüsü :

Saytın rəngi :

Çay yatağına, çay və kanal ətrafına yığılmış qumların qeyri-qanuni şəkildə danışmasının qarşısı alınıb

29 oktyabr 2025 | 10:32

Zərdab Su Meliorasiya Sistemlərinin İstismarı idarəsinin balansında olan Gödəkqobu elektrik suvarma, Hüseynxanlı-2 ümumi suvarma, Alıcanlı suvarma kanallarının ətrafına və çayın içərisinə yığılmış qrunt qumlarının tikinti məqsədilə qeyri-qanuni bir qrup şəxs və şəxslər tərəfindən mənimsənilməsi faktı aşkar edilib. Rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadənin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 11saylı Mərkəzi Aran Regional bölməsinin baş müfəttişi Fuad Əliyevin, Zərdab Su Meliorasiya Sistemlərinin İstismarı idarəsinin rəisi Peyman Sadiqinin, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin baş məsləhətçisi-müfəttiş Raqif Xəlilovun, Meşələrin İnkişafı Xidmətinin 13 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin baş mühəndisi Anar Təhməzovun və hüquq-mühafizə orqanlarının əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib. Baxış zamanı məlum olub ki, çayın gətirdiyi və kanalın yatağına yığılmış qum və lil çöküntüləri bir qrup şəxs və yaxud şəxslər tərəfindən qeyri-qanuni şəkildə daşınaraq, başqa şəhər və rayonlara satılması təşkil olunub. Nəticədə kanal yatağının enlənməsi müsahidə edilib. Qrunt qumlarının qeyri-qanuni daşınması nəticəsində ətrafa su sızıntıları yığılıb. Qanunsuz qum daşınmaları torpaq və su ehtiyatlarının istifadəsinin kobud şəkildə pozulması deməkdir. Bildiririk ki, bu monitorinqlər mütəmadi olaraq davam etdiriləcək, bu sahədə qanunsuz fəaliyyət göstərən şəxs və ya şəxslər barəsində kimliyindən asılı olmayaraq hüquq-mühafizə orqanları tərəfindən qanunamüvafiq tədbirlər görüləcəkdir.

Keçidlər