“Cəmiyyətdə baş verən mənfi hadisələrdən övladlarımızı qoruyaq” mövzusunda valideynlərlə görüş keçirilib
18.09.2024-cü il tarixində Zərdab rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Polis şöbəsinin, Uşaq və Ailələrə Dəstək mərkəzinin, rayon üzrə Gənclər evi SXM-nin iştirakı ilə rayonun Tarix-Diyarşünaslıq Muzeyində “Cəmiyyətdə baş verən mənfi hadisələrdən övladlarımızı qoruyaq” mövzusunda valideynlərlə görüş keçirilib.
Tədbirdə gənclərimizin həyatını məhv edən narkotik vasitələr, psixotrop maddələr, erkən nikah problemləri, ailə dəyərlərinin, çağdaş dünyamızda gedən proseslər, qloballaşma, texnologiyanın inkişafı, xalqların inteqrasiyası, internet və virtuallaşma kimi yeni düşüncə-informasiya modellərinin zərbələri səbəbindən milli-mənəvi dəyərlərin aşınmasından danışılmışdır. Həmçinin çıxış edənlər müxtəlif sosial platformalarda qazanc əldə etmək məqsədilə ədəb normalarına uyğun olmayan söhbətlər, qeyri-etik davranışlar və görüntülər yayanların, dəyərlərimizə ziyan vurmasından, bəzi təsir altına düşən övladlarımızın bu görüntüləri təbliğ etməyə çalışmasından və bu problemlərlə mübarizədə valideynlərin üzərinə düşən öhdəliklərdən söhbət açmışlar.
Onlara tövsiyə edilmişdir ki, belə hallarla rastlaşdıqda Rayon İcra Hakimiyyətində YYÇİ və HM üzrə komissiyasına, Polis şöbəsinə və Uşaq və Ailələrə Dəstək mərkəzinə müraciət etsinlər.
Sonda mövzuya aid bukletlər paylanıldı.