Şriftin ölçüsü :

Saytın rəngi :

Dəkkəoba kənd tam orta məktəbində İdeoloji Maarifləndirmə Konsepsiyasına uyğun olaraq görüş keçirilib

20 sentyabr 2022 | 17:54

Tədbirdə Rayon İcra Hakimiyyətinin əməkdaşları Seymur Tağıyev, Famil Abbasov, Rayon İHB-nın Dəkkəoba  kənd İƏD üzrə nümayəndəsi Ramiz İsayev və Dəkkəoba kənd tam orta məktəbin direktoru Səlim Zeynalov, kənd ərazisində fəaliyyət göstərən təşkilatların  əməkdaşları, yerli özəl sektorun nümayəndələri və ictimaiyyət nümayəndələri iştirak etmişdir. Görüş iştirakçıları ilə “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan uğurla inkişaf edir” mövzusu ətrafında müzakirələr aparılmış, cənab Prezident İlham Əliyevin çoxşaxəli fəaliyətindən bəhs olunmuşdur. Sonda  Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə hazırlanmış  “Müzəffər Komandan” sənədli filmi nümayiş etdirilmişdir.

Keçidlər