Şriftin ölçüsü :

Saytın rəngi :

Dəkkəoba kənd tam orta məktəbində təhsilalanlarla görüş keçirilib

13 oktyabr 2023 | 11:06

12 noyabr 2023-cü il tarixdə Zərdab rayon icra hakimiyyətinin, polis şöbəsinin təşkilatçılığı və Zərdab rayonu üzrə gənclər və idman sektorunun, təhsil sektorunun, Uşaq və ailələrə dəstək mərkəzinin iştirakı ilə Dəkkəoba kənd tam orta məktəbində "Sağlam həyat naminə zərərli vərdişlərə son!" devizi ilə “Narkomaniya ilə mübarizə”, “Erkən nikah problemləri”, “Dini radikalizmin fəsadları” mövzusunda təhsilalanlarla görüş keçirilib. Görüş  zamanı çıxış edənlər zərərli vərdişlərin, erkən nikahların insan üçün psixoloji və bioloji zərərləri, dini radikalizmin fəsadları və mənfi nəticələri haqqında ətraflı məlumat verərək onları bu cür mənfi hallardan uzaq olmağa çağırıblar. Sonda qeyd olunan mövzularla bağlı video çarx nümayiş olunub və iştirakçıları maraqlandıran suallar cavblandırılıb.

 

 

Keçidlər