Demoqrafik vəziyyət haqqında
Zərdab rayonunun ərazisi 0,86 min kv.km olmaqla əhalinin sıxlığı (1 kv.km düşən əhali) 70 nəfərdir. Zərdab rayonunda 01 aprel 2022-ci il vəziyyətinə 42 yaşayış məntəqəsi olmaqla 1 şəhər, 1 qəsəbə, 40 kənd yaşayış məntəqəsi mövcuddur. İlkin hesablamalara görə 2022-ci ilin yanvar-mart ayları ərzində Zərdab rayonun əhalisinin sayı 1 nəfər və ya 0,02 faiz artaraq 60011 nəfərə çatmışdır. Əhalinin 20,0 faizi şəhər, 80,0 faizi isə kənd yerlərində yaşayır.
2022-ci ilin yanvar-mart ayları ərzində ilkin hesablamalara görə rayonda 107, hər gün orta hesabla 1-2 körpə doğulmuşdur ki, onların da 14,0 faizi şəhər və qəsəbələrdə, 86,0 faizi isə kənd yerlərində qeydə alınmışdır. Keçən ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə doğulanların sayı 12,9-dan 7,1-ə qədər azalmışdır. Hesabat dövründə ilkin hesablamalara görə Zərdab rayonunda 104 ölüm halı qeydə alınmışdır. 1 yaşa qədər ölüm halı 1 nəfər olmuşdur . Ölənlərin ümumi sayından 1-4 yaşda 2, 20-24 yaşda – 1, 40-44 yaşda - 1, 45-49 yaşda - 2, 50-54 yaşda - 2, 55-59 yaşda - 4, 60-64 yaşda - 8, 65-69 yaşda - 11, 70-74 yaşda - 11, 75-79 yaşda – 10, 80-84 yaşda - 17, 85 yaşdan yuxarı - 34 nəfər ölüm halları qeydə alınmışdır. Keçən ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı 6,2-dən 6,9-a qədər artmışdır. Rayon üzrə təbii artım 3 nəfər olmuşdur.
Cari rüb ərzində ilkin hesablamalara görə Ədliyyə Nazirliyinin müvafiq qurumu tərəfindən təqdim olunan hesabata əsasən Zərdab rayonu üzrə 37 nikah və 18 boşanma halı qeydə alınmışdır. Əhalinin hər 1000 nəfərinə nikahların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,8-dən 2,5-ə qədər düşmüşdür. Əhalinin hər 1000 nəfərinə boşanmaların sayı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6-dan 1,2-yə qədər azalmışdır.
2022-ci ilin yanvar-mart ayları ərzində Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən təqdim olunan hesabata əsasən rayona daimi yaşamaq üçün gələnlərin sayı 14 nəfər, rayondan isə 4 nəfər gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 10 nəfər təşkil etmişdir.
Zərdab Rayon Statistika İdarəsi