Demoqrafik vəziyyət
Zərdab rayonunun ərazisi 0,86 min kv.km olmaqla əhalinin sıxlığı (1 kv.km düşən əhali) 70 nəfərdir. Zərdab rayonunda 01 iyul 2022-ci il vəziyyətinə 42 yaşayış məntəqəsi olmaqla 1 şəhər, 1 qəsəbə, 40 kənd yaşayış məntəqəsi mövcuddur. İlkin hesablamalara görə 2022-ci ilin yanvar-iyun ayları ərzində Zərdab rayonun əhalisinin sayı 66 nəfər və ya 0,1 faiz artaraq 60064 nəfərə çatmışdır. Əhalinin 20,0 faizi şəhər, 80,0 faizi isə kənd yerlərində yaşayır. 2022-ci ilin yanvar-iyun ayları ərzində ilkin hesablamalara görə rayonda 215, hər gün orta hesabla 1-2 körpə doğulmuşdur ki, onların da 17,6 faizi şəhər və qəsəbələrdə, 82,4 faizi isə kənd yerlərində qeydə alınmışdır. Keçən ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə doğulanların sayı 11,6-dan 7,2-ə qədər azalmışdır. Hesabat dövründə ilkin hesablamalara görə Zərdab rayonunda 169 ölüm halı qeydə alınmışdır. 1 yaşa qədər ölüm halı 2 nəfər olmuşdur . Ölənlərin ümumi sayından 1-4 yaşda 2, 5-9 yaşda -1, 20-24 yaşda – 1, 25-29 yaşda- 2, 40-44 yaşda - 2, 45-49 yaşda - 3, 50-54 yaşda - 3, 55-59 yaşda - 11, 60-64 yaşda -11, 65-69 yaşda - 19, 70-74 yaşda - 22, 75-79 yaşda – 11, 80-84 yaşda - 29, 85 yaşdan yuxarı - 50 nəfər ölüm halları qeydə alınmışdır. Keçən ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı 6,2-dən 5,6-a qədər azalmışdır. Rayon üzrə təbii artım 46 nəfər olmuşdur. Cari rüb ərzində ilkin hesablamalara görə Ədliyyə Nazirliyinin müvafiq qurumu tərəfindən təqdim olunan hesabata əsasən Zərdab rayonu üzrə 68 nigah və 34 boşanma halı qeydə alınmışdır. Əhalinin hər 1000 nəfərinə nigahların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,3-dən 2,3-ə qədər düşmüşdür. Əhalinin hər 1000 nəfərinə boşanmaların sayı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,4-dan 1,1-yə qədər azalmışdır. 2022-ci ilin yanvar-iyun ayları ərzində Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən təqdim olunan hesabata əsasən rayona daimi yaşamaq üçün gələnlərin sayı 26 nəfər, rayondan isə 6 nəfər gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 20 nəfər təşkil etmişdir.
Zərdab Rayon Statistika İdarəsinin məsləhətçisi Əzizə Əhmədova