Şriftin ölçüsü :

Saytın rəngi :

Deputat Jalə Əliyeva 09 sentyabr 2023-cü il tarixdə növbəti dəfə seçiciləri ilə görüşüb

09 sentyabr 2023 | 11:30

92 saylı Zərdab-Ucar seçki dairəsi üzrə millət vəkili, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva Heydər Əliyev Mərkəzində növbəti vətəndaş qəbulu keçirib. Qəbulda Rayon icra hakimiyyətinin və ƏƏSMN-nin Zərdab şəhər şöbəsinin məsul şəxsləri də iştirak ediblər. 

 Vətəndaşların qəbulu zamanı seçicilərlə fərdi qaydada görüşən deputat Jalə Əliyeva onların müraciət və təkliflərini dinləyib, problemləri ilə maraqlanıb. Seçicilər tərəfindən səsləndirilən müraciətlər əsasən, məşğulluq, sosial məsələlər,mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı olub.
Müraciətlərin bir çoxu ilə bağlı qəbul əsnasında əlaqədar qurumlara telefon vasitəsilə məlumat verilib və yerindəcə həmin məsələlər öz həllini tapıb. Qaldırılan məsələlərin bir hissəsinin qanunvericiliyə uyğun həll edilməsi üçün aidiyyəti qurumlara yazılı şəkildə ünvanlanacağı bildirilib. 
Eyni zamanda Vətən müharibəsi iştirakçısının bir neçə aydır ki, torpaq sahəsinin sənədləşdirilməsi prosesində qarşılaşdığı problem vətəndaşın müraciəti əsasında qəbul zamanı öz həllini tapıb. 
Səmimi şəraitdə keçən qəbulda vətəndaşlar millət vəkilinə hər bir zaman onları dinlədiyinə, problemlərinə diqqət və qayğı ilə yanaşıb həllinə köməklik göstərdiyinə görə təşəkkürlərini bildiriblər
Keçidlər