Deputat Jalə Əliyeva növbəti dəfə vətəndaş qəbulu keçirib
Millət vəkili, Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva Zərdab rayonunda Heydər Əliyev Mərkəzində növbəti dəfə vətəndaş qəbulu keçirib. SİA xəbər verir ki, seçicilərlə fərdi qaydada görüşən millət vəkili Jalə Əliyeva ona ünvanlanan sualları və müraciətləri dinləyib, seçiciləri narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparıb. Qəbul əsnasında Jalə Əliyeva tərəfindən bir sıra məsələlərlə bağlı müvafiq dövlət qurumları ilə telefon əlaqəsi saxlanılıb və həmin məsələlər yerindəcə həll edilib. Eyni zamanda müvafiq dövlət qurumlarına təqdim edilmək üçün vətəndaşların yazılı ərizələri qəbul edilib, qaldırılan məsələlərin həlli istiqamətində tövsiyələr verilib.
Deputat bildirib ki, seçicilərdən qəbul edilmiş ərizələr müvafiq dövlət qurumlarına göndəriləcək və qeyd edilən məsələlərin, hər zaman olduğu kimi, ən qısa müddətdə baxılmasına və müsbət həllinə çalışılacaq. Həmçinin Jalə Əliyeva seçicilərə Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət haqqında, ölkəmizdə həyata keçirilən slahatlar və xüsusilə vətandaşlarımızın sosial təminatının yaxşılaşdırılması sahəsində ölkə başçısının imzaladığı fərman və sərəncamlar haqqında geniş məlumat verib. Qəbulda seçiciləri maraqlandıran bir sıra məsələlərin həlli yolları da müzakirə olunub.
Növbəti səmimi qəbul və qaldırılan məsələlərin həlli üçün hər zamanki kimi, yaxından göstərdiyi kömək və diqqətə görə seçicilər millət vəkilinə təşəkkürlərini bildirib, dövlət başçısı İlham Əliyevə sonsuz sevgilərini ifadə ediblər.
Qəbulda rayon İcra Hakimiyyəti Başçısının müavini Xəyalə Veyisova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Zərdab şəhər şöbəsinin məsul şəxsi Şəhriyar Şirinzadə, millət vəkilinin köməkçisi Firdosi Eyvazov iştirak ediblər.