Deputat Jalə Əliyeva Zərdab rayon Əlvənd kəndində səyyar qəbul keçirib
Millət vəkili, Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədr müavini Jalə Əliyeva Zərdaba növbəti səfəri çərçivəsində rayonun Əlvənd kəndində səyyar qəbul keçirib. Jalə Əliyeva ilk öncə Azərbaycan Respublikasının suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin abidəsi önünə gül dəstələri düzərək xatirələrinə ehtiramını bildirib. Qəbulda ağsaqqallar, ziyalılar, fərdi təsərrüfatçılar, müəllimlər və s. iştirak edib. Qəbul sırasında kənd ağsaqqalları Jalə Əliyevaya kənd sakinləri ilə görüşə gələrək, onların problemlərilə yaxından maraqlandığına görə təşəkkürlərini bildiriblər. Görüşdə seçicilərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyəti qurumlara yönləndirilib. Səmimi keçən görüşün sonunda kənd sakinləri millət vəkili ilə xatirə şəkli çəkdiriblər.






