Şriftin ölçüsü :

Saytın rəngi :

“DİNİ RADİKALİZMƏ QARŞI KONSTİTUSİONAL HÜQUQİ MEXANİZMLƏR” MÖVZUSUNDA TƏDBİR KEÇİRİLİB

05 avqust 2025 | 18:21

Avqustun 5-də Zərdab şəhər “Cümə” məscidində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Dini radikalizmə qarşı konstitusional hüquqi mexanizmlər” mövzusunda tədbir keçirilib. Tədbir Zərdab rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Göyçay regional bölməsinin birgə təşkilatçılığı ilə baş tutub.Tədbirdə RİH başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir mavini-dini qurumlarla işin təşkilatçısı Murad Həsənov, DQİDK-nın Göyçay regional bölməsinin müdiri əvəzi Əzim Rəfiyev yerli din xadimləri, dini icma sədrləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxışçılar Prezident İlham Əliyev tərəfindən “Konstitusiya və Suverenlik İli” elan olunmasının əhəmiyyətindən danışaraq bu təşəbbüsün hüquqi dövlətçilik və milli suverenliyin möhkəmləndirilməsi baxımından önəmini vurğulayıblar. Tədbirdə dini radikalizm və onun yaratdığı təhlükələr, xüsusilə gənclər arasında yayılmasının qarşısının alınması yolları geniş müzakirə olunub. Bildirilib ki, dini maarifləndirmənin gücləndirilməsi, İslam dininin mahiyyətinin düzgün təbliği və radikal meyillərə qarşı hüquqi mexanizmlərin tətbiqi bu sahədə əsas tədbirlər sırasındadır. Qeyd olunub ki, Azərbaycan cəmiyyətində mövcud olan tolerantlıq və multikultural ənənələr, eləcə də dövlət-din münasibətlərinə dair formalaşmış uğurlu model dünyanın müxtəlif ölkələri tərəfindən maraqla öyrənilir. Bu modelin əsasını Ulu Öndər Heydər Əliyev qoyub, cənab Prezident İlham Əliyev isə onu müasir dövrün tələblərinə uyğun olaraq inkişaf etdirir.  Tədbirdə iştirakçıların sualları cavablandırılıb və fikir mübadiləsi aparılıb.

Keçidlər