Şriftin ölçüsü :

Saytın rəngi :

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə şəhid ailələri və Vətən müharibəsi əlillərilə görüş keçirilib

27 dekabr 2024 | 14:50

Rayon İcra Hakimiyyətində şəhid ailələri və Vətən müharibəsi əlilləri ilə rayon rəhbərliyinin görüşü keçirilib. Görüşdə çıxış edən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara göstərilən dövlət qayğısından söhbət açıb, tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib. Şəhid ailələrinə və Vətən müharibəsi əlillərinə maddi yardımlar verilib. Tədbir iştirakçıları göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

 
Keçidlər