Şriftin ölçüsü :

Saytın rəngi :

Düşmən təxribatının qarşısını alarkən yaralanmış Zərdab rayon Əlvənd kənd sakini, əsgər Əhməd İbrahimovun ailəsi ziyarət olundu

24 sentyabr 2022 | 10:58

12-13 sentyabr 2022-ci il tarixlərdə Azərbaycan-Ermənistan sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına döyüşərək yaralanmış Zərdab rayon Əlvənd kənd sakini, əsgər Əhməd İbrahimovun ailəsi ziyarət olundu. Zərdab Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Murad Həsənovun, şöbənin əməkdaşı Kamil Məmmədovun, Zərdab rayon Gənclər və İdman idarəsinin rəisi Ələkbər Kərimovun və idarənin əməkdaşlarının iştirak etdiyi görüşdə igid vətən övladlarının göstərdikləri şücaətlərdən bəhs olunmuş, ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilmiş, qəhrəman döyüşçülərimiz və qazilərimizlə qürur duyulduğu diqqətə çatdırılmışdır.  Əsgərimizin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişdir.

Keçidlər